Bazar günü hava necə olacaq?

bazar-gunu-hava-nece-olacaq
Oxunma sayı: 1285


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim  qərb küləyi əsəcək.   Havanın temperaturunun gecə 0-5  dərəcə şaxta, gündüz  6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.