Azərbaycanda iyunun 19-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Mülayim şimal küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.
Azərbaycanın rayonlarında
Əksər rayonlarda əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
Son xəbərlər
Son Xəbərlər