“Qafqazinfo” CİHAN-a istinadən xəbər verir ki, partlayış İmpal şəhərindəki mərkəzi bazarda baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 23 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, ölü sayının artacağı bildirilib. Partlayışı törədən bombanın qoyulduğu məkan hələlik məlum deyil.
Olayı heç bir təşkilat öz üzərinə götürməyib.