“Bazar qiyməti aşağı olsa da, bizdən kvadrata 4-5 min tələb edirlər” - Video

bazar-qiymeti-asagi-olsa-da-bizden-kvadrata-4-5-min-teleb-edirler
Oxunma sayı: 6466

Xəbər verdiyimiz kimi, paytaxtın “Papanin” və “Kubinka” kimi tanınan ərazilərində istismar müddəti bitən evlərin söküntüsünə bir ildən çoxdur ki, başlanılsa da, bəzi sakinlərlə tikinti şirkəti sahibləri razılığa gələ bilməyib. Bu isə çoxmərtəbəli binaların inşaat işlərini ləngidir.

“Qafqazinfo” “ATV” kanalına istinadən xəbər verir ki, Nəsimi rayonu “Papanin” kimi tanınan ərazidə, Yusif Vəzir Çəmənzəminli və Novruzov qardaşları ünvanında 2 ildən öncə söküntü işlərinə başlanılıb. Amma hələ də proses yekunlaşmayıb.

Tikinti şirkətinin direktoru Aslan Quliyevin sözlərinə görə, 310 sakindən 215 ailə ilə razılıq əldə edilib.

“Evlərinin 10 qatını, hətta elə halda olur ki, 15 qatını istəyirlər. Yaşadığı ev 2 otaqdırsa, biz dörd otaq təklif edirik”, - bildirib.

Yasamalın Kubinka adlanan ərazisinin Cəlil Məmmədquluzadə və Zivər bəy Əhmədbəyov küçələrində də oxşar hal yaşanır.

Ərazidə tikinti işləri aparan Rəfael Abdullayevin sözlərinə görə, 230 sakindən 185 ailə ilə artıq müqavilə bağlanılıb. Bəzi sakinlərlə müqavilə bağlanmamasının səbəbi sakinlərin az kvadrata görə fantastik məbləğlər tələb etməsidir. Həmin ərazidə yeni mənzilin hər kvadratı üçün bazar qiyməti 2000 manat olmasına baxmayaraq, bəzi sakinlər hər kvadrat metr üçün 4-5 min ödəniş tələb edir:

“Hər kvadrat metrinə bizdən 3500, 4000 manat tələb edirlər. Onların hər birini mövcud kvadratla ölçüb, üzərinə 20 faiz də əlavə etməklə tam yeni mənzillərlə təmin edəcəyik”.

Daha ətraflı videomaterialda:

Qeyd edək ki, sözügedən ərazidə premium binaların inşası nəzərdə tutulub. Onların bir neçəsinin görüntüsünü oxuculara təqdim edirik: