Bazarda kişi meyiti tapılıb

bazarda-kisi-meyiti-tapilib
Oxunma sayı: 1519

Bərdədə kişi meyiti tapılıb.

"Qafqazinfo"nun məlumatına görə,hadisə rayonun köhnə bazar ərazisində qeydə alınıb.

Belə ki, tapılan meyiti Tərtər rayon Sarcalı kənd sakini 1947-ci il təvəllüdlü Ağayev Nadir Abbas oğludur.

Onun meyiti daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.
Müayinə zamanı müəyyən olunub ki,o ürək tutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli