Bazarı söküb yerində yeni bazar tikəcəklər

bazari-sokub-yerinde-yeni-bazar-tikecekler
Oxunma sayı: 686

Bakının qədim bazarlarından biri olan "Təzə Bazar"ın fəaliyyətini dayandırıb-dayandırmayacağı müzakirə mövzusu olaraq qalır. Qeyd edək ki, iki ay əvvəl "Təzə Bazar MMC" ləğv edilib. Lakin bazarın digər hissəsi fəaliyyətini davam etdirməkdədir.

“Qafqazinfo” Publika.az-a istinadən xəbər verir ki, bazarın yeni səhmdarı olan "FMC" şirkəti bazarın tamamilə bağlanılması və başqa yerə köçürülməsinə dair iddiaları təkzib edib. Şirkətin səlahiyyətli nümayəndəsi bildirib ki, "FMC" şirkəti tam yeni tərzdə bazar qurmaq niyyətindədir və bu məqsədlə artıq işlərə start verilib.

Belə ki, buradakı məhsullar çeşidlənəcək, piştaxtalar sıralanacaq, yeni avtomobil parkı salınacaq və beləliklə, bazardakı qarışıqlıq aradan götürüləcək. Şirkət bununla müştərilərin rahatlığı təmin etmək və alıcılıq qabilliyətini artırmaq niyyətindədir.