Axşam.az-ın məlumatına görə, aktrisa yalnız brend mağazalardan və xarici ölkələrdən alış-veriş etdiyini bildirib:
“Hər zaman brendlərə üstünlük verirəm. Amma əynimə yaraşmayan libas hansı brend olur-olsun, almaram. Paltar bədənimə tam yaraşmalıdır. İdman stilli geyimlərimi “Armani”dən alıram. “Dolce and Gabbana”nın gecə ziyafət geyimlərini sevirəm. Hazırda əynimdə gördüyünüz bu libas da həmin brendin 2014-cü il modelidir. “Patrizia Pepe” firmasının isə köynəklərini bəyənirəm. Alış-verişi ancaq xarici ölkələrdən edirəm. Hər dəfə qızımın istirahəti olanda xaricə yollanıram. Ən çox İtaliyadan bazarlıq edirəm, burada brend mallar çox olur. Brend alarkən də gərək yaraşanı seçməyi bacarasan”.
Son xəbərlər
Son Xəbərlər