“Bazarstore” bağlandı

bazarstore-baglandi
Oxunma sayı: 5670

Xaçmaz şəhərindəki “Bazarstore” filialı fəaliyyətini dayandırıb.

Qafqazinfo” “Marja”ya istinadən xəbər verir ki, bu barədə şəbəkədən bildirilib. Şəbəkənin baş ofisindən, “Nə üçün Xaçmaz Bazarstore bağlanıb” sualına “Qərar olaraq bu cür verilmişdir” cavabı verilib.

Şəbəkənin Xaçmaz filialı 2015-ci ildə fəaliyyətə başlamışdı.

“Bazarstore” Yanvarın sonunda bəyan etmişdi ki, şəbəkə 24 filiala malikdir.