“Bazarstore” mağazalar şəbəkəsi metronun Qara Qarayev stansiyasının yaxınlığında növbəti mağazasını istehlakçıların istifadəsinə verib.
25 min çeşiddə məhsulun olduğu mağazanın ümumi sahəsi 3000 m²-dir. Açılış münasibətilə təşkil edilən kampaniyalardakı hədiyyəli və endirilmli məhsullar müştərilərə sərfəli alış-veriş imkanı yaradır. “Bol çeşid, sərfəli qiymət, yüksək keyfiyyət” şüarı ilə fəaliyyət göstərən, qida təhlükəsizliyinə mühüm əhəmiyyət verən “Bazarstore”da müştərilərin həssaslıqla yanaşdığı ət məhsulları halaldır və kəsim işləri İslami qaydalara uyğun həyata keçirilir.
Qeyd edək ki, Qara Qarayev metrostansiyasının yaxınlığında açılan mağaza Bazarstore şəbəkəsinin 24-cü filialıdır.
Son xəbərlər
Son Xəbərlər