“Bazarstore” “Qızıl Şah” Milli Kulinariya Çempionatının rəsmi tərəfdaşı oldu - Fotolar

“Bazarstore” “Qızıl Şah” Milli Kulinariya Çempionatının rəsmi tərəfdaşı oldu
Oxunma sayı: 1139

Mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgisinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, sərgidə 24 ölkədən 449 şirkətin iştirakı ilə rekord sayda milli və regional stendlərin nümayişi baş tutub.

Sərgini Azərbaycanın müxtəlif dövlət və şirkət nümayəndələri, yüzlərlərlə qonaq ziyarət edib. Qeyd edək ki, sərgi sabah - 20 May tarixində də davam edəcək.

“Bazarstore” “Qızıl Şah” Milli Azərbaycan Mətbəxi çempionatının rəsmi tərəfdaşı olub.

Sərgidə həmçinin dahi Azərbaycan aşpazı Şahhüseyn Kərimovun şərəfinə “Qızıl Şah” Milli Azərbaycan Mətbəxi çempionatı keçirilir. İlk dəfə 2019-cu ildə keçirilən yarışmada olduğu kimi bu il də “Bazarstore” əsas tərəfdaşlardan biridir. Belə ki, ölkənin tanınmış aşpazları yarışma zamanı sərgidəki Bazarstore mağazasından özlərinə lazım olan məhsulları götürüb bir-birindən fərqli yeməklər hazırlayırlar.

Qeyd edək ki, ötən çempionatda olduğu kimi bu il də çempionat bitdikdən sonra Bazarstore tərəfindən yarışmada bişirilən bütün yemək və şirniyyatların foto və reseptlərindən ibarət, zövqlə tərtib olunmuş “Chef`s Cup - 2022” kitabı hazırlanacaq.

Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” 11 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 78 mağazası ilə ildə 36 milyon müştəriyə, ölkə üzrə 89 min kvadrat metr satış sahəsində, 3200 çalışanı ilə xidmət göstərir.

“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.