“Bazarstore”dan Aytən Səfərovanın ittihamlarına- - Cavab+Yenilənib

bazarstoredan-ayten-seferovanin-ittihamlarina-
Oxunma sayı: 2686


“Bazarstore”un mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamaya görə, sözügedən marketlərdə balıq şöbəsinin satışını “Bazarstore” təşkil etmir:

“Həmin bölmə icarəyə verilib. “Bazarstore” balıq və balıq məhsullarının satışını həyata keçirmək üçün lazım olan giyiyena sertifikati və digər müvafiq sənədləşmələri tələb etdikdən sonra bu şöbənin fəaliyyətinə razılıq verib. Hazırda balıq satışı ilə məşğul olan icarədar fiziki şəxslə birgə bu məsələ ilə bağlı araşdırma aparırıq. Hər bir alıcının fikri və iradı bizim üçün çox önəmlidir. Təbii ki, “Bazarstore” olaraq Pangasius balığının satışı ətrafında gedən söhbətlərə də aydınlıq gətirəcəyik və bunu diqqətdən kənarda qoymayacağıq. Aytən Səfərovaya isə “Bazarstore” müştərisi olduğuna görə təşəkkür edirik!”

Xatırladaq ki, Aytən Səfərova bu gün şəxsi paylaşımında sözügedən məhsulu Azərbaycan bazarına çıxaranları qınamışdı:

“Deyilənə görə, dünyanın bir çox ölkələrində “Pangasius” balığını ya mal-qaraya yedirirlər, ya da ən kasıb, hətta dilənçi günündə olan insanlara acından ölməmələri üçün satırlar. Bəzi işbazlar isə çirkabda artırılan, ətindən isə xeyirdən çox zərər gələn  bu balığı qəpik-quruşa alıb gətirirlər, bizim ölkə kimi digər ölkələrdə qəşəng qablaşdırılıb satırlar, qəşəng də pul qazanırlar. Anlamıram, niyə “Bazarstore” kimi özünü mötəbər sayan bir super-marketdə bu balığı bizim camaata “sırıyırlar”? Azərbaycanda kifayət qədər para qazanan türk abilər, sağlamlığımızı paralamaq nəyə lazımdır?! Bəs, Azərbaycanın müvaffiq strukturlarında oturan kostyumlu “mütəxəssislər” hara baxır? Niyə bizim camaatı zəhərləmək istəyirlər? Bəlkə, mən nəsə anlamıram? Qarşı tərəfin mövqeyini bilmək xoş olardı”.

***

Teleaparıcı şəxsi səhifəsində bu məsələ ilə bağlı daha bir paylaşım edib. Aytən Səfərova artıq balığın bu növünün satışının dayandırıldığını diqqətə çatdırıb:

“Diqqət!!! Dünyanın, öz vətəndaşlarına hörmət edən, onların qayğısına qalan, vətəndaşının sağlamlığını üstün tutan ölkələrində marketlərdə insanlara satışa qadağan olunmuş Pangasius balığı ilə bağlı statusdan sonra Bazarstore MMC-dən dərhal reaksiya gəldi. 

Zeherli Pangasius balığı “Bazarstore”da satışdan çıxarıldı! Azərbaycan Respublikasının sıravi bir vətəndaşı olaraq “Bazarstore”a minnətdarlığımı bildirirəm. Müəyyen araşdırmadan sonra məlum olub ki, bu marketlər şəbəkəsinə hər hansı məhsulu satmağa gətirən firmalar və ya sahibkarlardan müvafiq sənədlər tələb olunur. Günah “Bazarstore”da yox, öz camaatının sağlamlığını və vetendaş vicdanını pula satıb bu balığı, bu zəhəri ölkəyə gətirməyə qoyan şəxslərdədir”. 

“Qafqazinfo”