“Bazarstore” supermarketlər şəbəkəsindən şikayət var.
“Qafqazinfo” xəbər verir ki, alıcı İsmayıl Cəbrayılov marketdə eyni məhsulun kassaya 2 dəfə vurulduğunu iddia edir: ““Bazarstore”dən bu gün evə alış-veriş edib qayıdandan sonra görürəm ki, bir şeyi (Ariel rəngli avtomat) iki dəfə vurublar, özü də 10.79 AZN dəyərində. Günahlarına girmək istəmirəm, yəqin ki, texniki səhv olub. Böyük ehtimalla vəsaiti də qaytaracaqlar. Amma məni düşündürən odur ki, sistem eyni malı iki dəfə vurmağa niyə icazə verir?
İkincisi də, tutaq ki mən bunu görməsəydim, özləri zəng edib deyəcəkdilərmi ki, “Hörmətli müştəri, siz artıq ödəmisiz, bunu qəbul edə bilmərik. Sizcə, deyərlərmi?!”
“Bazarstore”dən “Qafqazinfo”ya bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır: “Texniki səhv də ola bilər. Kassa qəbzi bütöv çəkilmədiyi üçün dəqiq bilinmir ki, müştəri məhsuldan bir ədəd alıb, yoxsa iki ədəd. Həmin müştəri ilə əlaqə saxlayıb dəqiqləşdirəcəyik. Bəlkə də, bizə qarşı aparılan növbəti qara piarlardan biridir”.

Son xəbərlər
Son Xəbərlər