Azərbaycan Almaniyaya nota verdi – Mətn

azerbaycan-almaniyaya-nota-verdi-metn-
Oxunma sayı: 668

Ştutqart şəhərinin Birinci Merinin ünvanına Azərbaycan Respublikasının Ştutqartdakı Fəxri Konsulluğu vasitəsilə müvafiq etiraz və izahedici məktub göndərilərək, bu təxribatın qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi xahiş edilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Fəxri Konsulu Ştutqart şəhərinin Birinci Meri ilə görüş keçirmişdir. Görüş zamanı Ermənistan tərəfindən “Ermənistan mədəniyyət günləri – Ştutqart 2011” tədbirinin keçirilməsindən sui-istifadə edərək, işğal olunmuş Azərbaycan torpaqlarında mövcud olan separatçı rejimin siyasi təbliğatının həyata keçirilməsinə yönəlmiş bu tədbirin keçirilməsinin yolverilməz olduğu bildirilmiş və bu təxribatın qarşısının alınması çağırışı edilmişdir.

Sözügedən təxribatın baş tutmaması üçün müvafiq zəruri tədbirlərin görülməsi davam etdirilir.