Azərbaycan diasporunun təmsilçisi qətlə yetirildi

azerbaycan-diasporunun-temsilcisi-qetle-yetirildi
Oxunma sayı: 653

Bu haqda “Vətəninfo.az”a Ukrayna Azərbaycan Gənclər Cəmiyyətinin sədri Anar Tahirov bildirib . A.Tahirov deyib Azərbaycan diasporunun Ukraynada ən fəal nümayəndələrindən biri, yaxın dostumuz Donets Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudov bu gün Makiyevka şəhərində böyük vətən müharibəsi veteranları ilə görüşü zamanı sui-qəsd nəticəsindən aldığı güllə yarasından dünyasını dəyişib.

“İnanırıq ki, Ukrayna dövləti cinayətkarların yaxalanmasında və cəzalandırılmasında öz qətiyyətli sözünü deyəcək. Ukrayna Azərbaycanlı Gənclər Birliyi dəyərli Azərbaycanlı oğlunun faciəli qətlindən dərin kədərləndiyini bildirir və mərhumun ailəsinə baş sağlığı verir. Bu sifarişli qətlin arxasında duran qüvvələrin tezliklər həbs olunaraq cəzalandırılmasını tələb edir”,-deyə cəmiyyət sədri bildirib.

Allah rəhmət eləsin!