“Azərbaycan dünyada yeganə ölkədir ki...”

azerbaycan-dunyada-yegane-olkedir-ki
Oxunma sayı: 627

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu sözləri Azərbaycanda səfərdə olan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov deyib. O bildirib ki, Teymur Rəcəbovla Levon Aronyan qarşılaşsa, bu görüş üçün Elitsa şəhərini təklif edə bilər. Federasiya prezidenti daha sonra ölkəmizdə şahmatın inkişafı üçün böyük işlər görüldüyünü qeyd edib: “Beynəlxalq Şahmat Federasiyasına 198 ölkə üzvdür. Lakin bunlar arasında Azərbaycan yeganə ölkədir ki, burada şahmatın inkişafı ilə bağlı xüsusi Dövlət Proqramı qəbul edilib. Bu çox müsbət haldır və əminəm ki, Azərbaycanda şahmatın populyarlaşması və inkişafına təkan verəcək. Həmçinin SOCAR-a da turnirə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Bu onlar üçün də gözəl reklam imkanıdır”.

Ceyhun Əhmədov