Azərbaycan, Ermənistan və Gürcüstan - Müqayisə

azerbaycan-ermenistan-ve-gurcustan-muqayise
Oxunma sayı: 774

“Karneqi” fondunun Cənubi Qafqaz məsələləri üzrə eksperti Tomas De Val “Cənubi Qafqaz ölkələri 20 ildə böyüdülər” başlıqlı məqaləsində sovet ittifaqı dağıldıqdan sonra hər 3 ölkədə müşayiət olunan siyasi və iqtisadi situasiyadan bəhs edib. “Qafqazinfo”nun məlumatına görə, ekspert bu regionlar üçün artıq postsovet anlayışının praktik olmadığını, həmçinin bu ölkələri “keçid” dövlətlər adlandırmağın düzgün olmadığını qeyd edib. Məqalədə deyilir ki, postsovet ölkələrinin demokratiya və azad bazar iqtisadiyyatına keçid üçün kurs götürmələrinə olan ümid yerli şərait səbəbindən “söndü”: “Üç ölkə içərisində nisbətən daha çox inkişaf edən Gürcüstan belə Mərkəzi və Şərqi Avropa ölkələrindən demokratik institutlar və açıq iqtisadiyyat baxımından hələ çox uzaqdadır”. De Val onu da qeyd edib ki, baxmayaraq ki, regionda həll olunmamış Qarabağ və Abxaziya, Cənubi Osetiya münaqişələri var, lakin yenə də Cənubi Qafqaz ölkələrini “münaqişəli region” hesab etmək olmaz. Onun sözlərinə görə, insanların böyük əksəriyyəti münaqişələrdən daha çox iqtisadi məsələlərlə məşğuldurlar.

Ekspert daha sonra vurğulayır ki, Ermənistan Gürcüstan və Azərbaycanda institutlar fəaliyyət göstərir, işçilər maaş alırlar və xarici turistlər paytaxtdan kənara çıxmasalar o zaman tamamilə başqa mənzərə yaranacaq: “Paytaxtın fonundakı mənzərə isə başqa cürdür – yoxsulluq, işsizlik və miqrasiya üzündən bomboş qalmış yüzlərlə qəsəbə”.

Ekspert Ermənistan və Gürcüstanda ümumdaxili məhsulun aşağı olduğunu, Azərbaycanın isə neft və qazdan gələn gəlirinin çox cüzi hissəsini xalqa “yönəltdiyini” qeyd edib. Analitik hər üç ölkədə birpartiyalı sistemin mövcudluğunu, müxalifətin zəif olduğunu və bunun da idarə edən siniflə əhalinin geniş təbəqəsi arasında parçalanmaya yol açaraq müasir feodal münasibətlərinin yaranmasına səbəb olduğunu vurğulayıb: “Yəqin ki, Cənubi Qafqaz ölkələrinin 20 illik müstəqilliyi dövründə ən sarsıdıcı fakt o idi ki, hakimiyyət heç bir zaman sülh yolu ilə, seçkilər vasitəsilə müxalifətin əlinə keçməyib. Beş prezident (Ermənistanda - Levon Ter Petrosyan, Azərbaycanda – Ayaz Mütəllibov və Əbülfəz Elçibəy, Gürcüstanda – Zviad Qamsaxurdiya və Eduard Şevarnadze) ya devrildilər, ya da ki vaxtından əvvəl postlarından getdilər: “Kimlər ki, növbəti iki onillikdə Cənubi Qafqaza uğurlar arzulamaq istəyir, gündəlikdə elə bir mühitin yaradılması dayanmalıdır ki, hansı ki hakimiyyət dəyişməsi mümkün olsun”.

Səidə