Azərbaycan Fransaya da nota verdi

<b>Azərbaycan Fransaya da nota verdi</b>
Oxunma sayı: 285

Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in birinci katibi Elman Abdullayev məlumat verib. "Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik etdiklərinə və Dağlıq Qarabağa səfər barədə Azərbaycanın müvafiq dövlət strukturlarını məlumatlandırmadıqlarına görə Fransa parlamentinin üzvlərinin adları ölkəyə gəlişi arzuedilməz şəxslərin "qara siyahısı"na salınacaq", - Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Parisdəki səfirliyi Fransa XİN-ə etiraz notası təqdim edib. Eləcə də Azərbaycan tərəfi Fransa XİN-ə Fransa Milli Assambleyasından izahat alınması xahişi ilə müraciət edib.

Bu məktubda Bakı Fransa parlamentinin nümayəndə heyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı izahat tələb edir.

Fransa dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini ifadə edib.
"Azatutyun" ("Azadlıq") radiostansiyasının verdiyi məlumata görə, avqustun 22-də Qarabağ "parlamentariləri" ilə görüşü zamanı Fransa Milli Yığıncağının Milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri, "Xalq hərəkatı uğrunda İttifaq" parlament fraksiyasının üzvü Gi Tesye "Doğrudanmı, bir diktatorun şıltaqlığına görə yüz illər keçdikdən sonra Dağlıq Qarabağ erməniləri onlara aid olan torpaqlarda yaşayaraq yenidən çətinliklər çəkməlidirlər", - deyə bəyan edib.

Nümayəndə heyətinə rəhbərlik edən Gi Tesye ermənilərin əksəriyyət təşkil etdiyi Marselin 9-cu və 10-cu rayonlarının meridir. Erməni diasporunun nəzərəçarpacaq təsiri altında olan Tesye faktları saxtalaşdırmaqla və işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı erməniyönlü təbliğatla çıxış etməklə, görünür, 2012-ci ildə Fransanın qanunverici orqanına seçkilər ərəfəsində erməni seçicilərin səsini toplamağa çalışır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi