Azərbaycan futbolçusu ilə bağlı şok iddia

<b>Azərbaycan futbolçusu ilə bağlı şok iddia</b>
Oxunma sayı: 351

Az əvvəl aldığımız şok xəbər Azərbaycan millisinə və AFFA-a baha başa gələ bilər. Eləcə də, hadisədə adı çəkilən futbolçuya. “Qafqazinfo” Stadium.az saytına istinadən xəbər verir ki, "Qəbələ"nin və milli komandanın əsas üzvü Mahir Şükürovun qanında dopinq tapılıb. Aldığımız məlumata görə, Azərbaycan millisinin İstanbulda keçirilən Türkiyə ilə oyunundan sonra Mahir Şükürovdan "A" dopinq testi götürülüb. Daha sonra isə bunun nəticəsi pozitiv, yəni müsbət olub. Bununla da, Mahirin qanında istifadəsi qadağan edilmiş preparatın istifadəsi aşkarlanıb. Daha sonra isə - bir neçə gün əvvəl Mahirdən "B" dopinq testi götürülüb. Əgər bu də müsbət nəticə verərsə, Mahiri, milli komandanı və AFFA-nı ağır cəzalar gözləyə bilər.
UEFA-nın bu barədə yaxın günlərdə qırar verəcəyi gözlənilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi