Azərbaycan hökuməti ləzgilərlə bağlı fikrini dəyişdi

azerbaycan-hokumeti-lezgilerle-bagli-fikrini-deyisdi
Oxunma sayı: 672

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan prezidentinin rəsmi saytı xəbər verib. Belə bir qərara Azərbaycan ərazisində yerləşən Xrax-Uba və Uryan Uba kəndinin sakinlərinin Rusiya ərazisinə köçürülməsi məsələlərinin müzakirəsindən sonra gəlinib. Danışıqların nəticəsində Azərbaycan tərəfinin həmin kəndin sakinlərinin Dağıstan ərazisinə köçürülməsinə dair federal proqram qəbul edilənə qədər güc tətbiq etməyəcəyi ilə bağlı razılıq əldə olunub.

Məlum olduğu kimi qeyd olunan kəndlər əvvəllər Dağıstanın Məhərəmkənd və Axtınsk rayonlarına aid olmuş, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın ərazisinə keçmişdir. Bu ayın 24-də Rusiya vətəndaşı olan həmin kənd sakinlərinin ya Azərbaycan vətəndaşlığını qəbul, ya da ölkəni tərk etmələri ilə bağlı təqdim etdiyi ultimatumun müddəti bitmişdi.

Xatırladaq ki, bu il ərzində Dağıstanın paytaxtında və hazırda Xaçmaz rayonu ərazi hesab edilən Xrax-Uba kəndinin sakinlərinin də iştirakı ilə bir neçə aksiya keçirilmişdi. Nümayişçilər kənd sakinlərinin deportasiyasını dayandırmağı və yerləşmə ilə bağlı statusun həll edilməsini tələb etmişdilər.

Səidə