Azərbaycan müxalifəti yeni hərəkat yaradır

azerbaycan-muxalifeti-yeni-herekat-yaradir
Oxunma sayı: 658

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında KXCP, ACP, Aydınlar, Azadlıq partiyalarının rəhbərləri, Vətəndaş Hərəkatı Forumunun təmsilçiləri və istiqlalçı deputatlarının iştirakı ilə görüş keçirilib. KXCP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, keçirilən görüşdə yeni hərəkatın yaradılması barədə ilkin birgə müzakirələr aparılıb. Müzakirələr zamanı indiyə qədər keçirilmiş ikitərəfli görüşlərin nəticələri təqdir olunub. Görüşdə digər siyasi partiya, ictimai təşkilat və fərdlərin yaradılması nəzərdə tutulan hərəkatda təmsil olunması haqqında məlumatlar da müzakirə edilib.

Müzakirələr zamanı növbəti görüşün keçirilməsi 2012-ci ilin yanvar ayının 6-na təyin olunub.