Azərbaycan partiyaları futbol oynayacaq

azerbaycan-partiyalari-futbol-oynayacaq
Oxunma sayı: 712

Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının və «NİDA» Vətəndaş Hərəkatının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümünə həsr olunan «Gənclərin Cümhuriyyət Kuboku» mini futbol turniri keçiriləcək. “Qafqazinfo”nun məlumatına görə, turnirdə VHP, KXCP, AXCP, Ümid, Müsavat, ADP, BQP, VİP, AMDEP-nin gənclər təşkilatları, QAT, «NİDA», «Dalğa», «Azad gənclik», «Milli fikir» və «Güvənc Körpüsü» qurumlarının komandaları yarışacaqlar. Turnir iyunun 1-14-ü aralığında 4 qrup üzrə keçiriləcək. Hər qrupda birinci yer tutan komandalar birincilik uğrunda mübarizə aparmaq hüququ qazanacaq. Qalibə baş mükafat, ikinci və üçüncü yeri tutan komandalara isə sertifikat və mükafat veriləcək.

Xatırladaq ki, mayın 30-da, saat 15:00-da VHP-nin mərkəzi qərargahında püşkatma keçiriləcək.

Səidə Teyyubqızı