“Azərbaycan qazını hər kəs almaq istəyir, lakin...” - Rusiya

azerbaycan-qazini-her-kes-almaq-isteyir-lakin-rusiya
Oxunma sayı: 688

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov deyib. Onun sözlərinə görə, “Nabucco” qaz kəməri layihəsi təbii qazın Xəzər regionundan Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Ruminya və Avstriya vasitəsilə Avropa ölkələrinə nəqlini nəzərdə tutur.
Simonov dəyəri 7.9 milyard avro olan qaz layihəsinin baza resursları ilə bağlı böyük problemləri olduğunu deyib: “Bu gün Azərbaycandan ancaq 10 mld. kub metr hesablamaq olar. Niyə? Çünki İran siyasi sanksiyalarla kəsilib, İraqda isə qaz iqtisadiyyatın bərpası üçün lazımdır”.
Simonov qaz yataqlarının hələ də tenderlərdə müəyyənləşdirilmədiyi üçün bu qazın nə zaman bazarlara çıxacağının da məlum olmadığını deyib: “Azərbaycanın ikinci növbədə 2017-ci ilə 17 milyard kub metrlik “Şahdəniz” layihəsi var, bunun da 6 mld. kubu artıq Türkiyəyə söz verilib. Bununla da 10 mld. kub qalır”.

Onun sözlərinə görə, Azərbaycan qazını hər kəs almaq istəyir, lakin bir nüans var, sadəcə olaraq, bu qaz yoxdur. Lakin 2017-ci ilə 10 mld. kub metr qazın olacağını və bunun üçün böyük bir növbənin yarandığını vurğulayıb: “Beləliklə də “Nabucco” və “Cənub Dəhlizi”nə daxil olan digər layihələrin resurs bazaları ilə bağlı kolossal problemlər var”.


Səidə