Azərbaycan Rusiyaya qaz ixracını dayandırdı

azerbaycan-rusiyaya-qaz-ixracini-dayandirdi
Oxunma sayı: 681

Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev ANS PRESS-ə bildirib ki, buna səbəb magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır.

Qaz təchizatı martın 7-dən dayandırılıb. Təmir işləri qaz kəmərinin Rusiya ilə sərhəd hissəsində aparılır. Bu səbəbdən də bu, Azərbaycanın şimal rayonlarının qaz təchizatında problem yaratmayıb. ARDNŞ təmir işlərindən sonra qaz təchizatını bərpa edəcək. Amma dəqiq tarix məlum deyil.

Rusiya 2010-cu ildən Azərbaycan qazını alır. 2012-ci ildə qaz təchizatının 3 milyard kubmetrə çatdırılması planlaşdırılıb.