Azərbaycan sərhədçiləri “David Qareci”ni bağladı

azerbaycan-serhedcileri-david-qarecini-bagladi
Oxunma sayı: 638

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, yerli mediaya bu barədə monarxlar xəbər verib. Onların sözlərinə görə, Azərbaycan sərhədçiləri monastr kompleksinin bir hissəsini gürcü turistlər üçün bağlayıblar. Bununla bağlı monarxların Xarici İşlər Nazirliyinə və patriarxlığa məlumat verdikləri, lakin rəsmi Tiflisin məsələyə reaksiya vermədiyi bildirilir. Keşişlər bildiriblər ki, hadisə mayın 6-da baş verib.

Qeyd edək ki, monastr kompleksi ilə bağlı Azərbaycanla Gürcüstan arasında artıq uzun müddətdir ki, anlaşılmazlıq yaşanır. Belə ki, hər iki dövlər onun öz ərazisinə daxil edilməsini təklif edir. Hazırda gürcü-azərbaycanlılardan ibarət komissiya sərhədlərin delimitasya və demarkasiyası ilə məşğuldur.

Hələ beş il əvvəl Saakaşvilii monastrı Gürcüstanda saxlamağa və onun yaxınlığındakı strateji yüksəkliyi Azərbaycana verməyi təklif etsə də qarşı tərəf bunu müzakirə belə etməkdən imtina etmişdi.



Səidə