Azərbaycan silah-sursat istehsalını artırdı – Hesabat

azerbaycan-silah-sursat-istehsalini-artirdi-hesabat-
Oxunma sayı: 677





Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildiriblər ki, bu ilin 9 ayı ərzində nazirliyin tabeliyindəki müəssisələrdə istehsal olunan məhsulların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.

Hesabat dövründə 2011-ci ilin Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, respublikanın güc strukturları ilə bağlanmış müqavilələr əsasında ötən ilin oxşar dövrünə nisbətən 3,5 dəfə çox müdafiə təyinatlı məhsul istehsal edilib sifarişçilərə təhvil verilmişdir. Müdafiə təyinatlı məmulatın çeşidinin sayı 446-ya çatdırılmış, mülki məhsulların istehsalında 25 faiz artım əldə edilib.

Cari ilin 9 ayında Dövlət Müdafiə Sifarişi Proqramı əsasında 13 yaradılma mövzusu üzrə 44 mərhələ yerinə yetirilmişdir. Həmin dövrdə məhsulların yaradılması üzrə 34 sınaq müvəffəqiyyətlə həyata keçirilmişdir. Uğurlu sınaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə artırıb.