Azərbaycan təhlükəli silahlanma yarışına başlayıb - Hesabat

azerbaycan-tehlukeli-silahlanma-yarisina-baslayib-hesabat-
Oxunma sayı: 654

BMT baş katibi Ban Kİ Munun “Regional və qeyri-regional səviyyələrdə adi silahlandırmalara nəzarət” adlı yeni hesabatı dərc olunub. “Qafqazinfo”nun məlumatına görə, hesabatda Cənubi Qafqazda silahlandırma ilə bağlı situasiya təqdim olunub: “Avropada adi silahlandırma ilə bağlı müqavilənin fundamental rolu və əhəmiyyəti xüsusən Cənubi Qafqazda artıb, harada ki, Azərbaycan təhlükəli silahlanma yarışına başlayıb. Avropada adi silahlandırılmalar haqqında müqavilənin həyata keçirilməsi haqqında rəsmi informasiyaya əsasən, Azərbaycan, sayı müqavilə ilə məhdudlaşdırılan silahlanmanın 3 növü üzrə nəticələri keçib. Belə ki, Azərbaycan nəzərdə tutulan 220 tank yerinə 381 tanka, 285 artilleriya silahının əvəzinə 518 və 220 ədəd hərbi zirehli maşın yerinə 287 zirehli maşına sahibdir”.

Hesabatda qeyd olunur ki, Azərbaycan ötən il artilleriya silahlarının sayını 47 ədəd, hərbi vertolyotların sayını 2, zirehli maşınların sayını isə 106 ədəd artırıb: “Azərbaycan hərbi büdcəsinin son illərdə əhəmiyyətli dərəcədə artımı, həmçinin daimi aqressiv ritorikası iki xalq arasında uçurumu və gərginliyi artırır və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqlar prosesini təhlükə altında qoyur. Bu xüsusda, Azərbaycanın ardıcıl olmayan siyasəti regionda inam və əməkdaşlıq atmosferini formalaşdırmağa çalışan Ermənistanın səylərinə hiss olunacaq dərəcədə təsir edir” .