“Azərbaycan xalqı yalana görə cavab tələb edəcək”-İttiham

azerbaycan-xalqi-yalana-gore-cavab-teleb-edecek-ittiham-
Oxunma sayı: 635

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın hakim Respublika partiyasının deputatı Qaqik Minasyan bu gün keçirilən mətbuat konfransında deyib. Deputat bildirib ki, iki ölkə arasındakı Kazan görüşünə böyük ümidlər bəslənsə də özünü doğrultmayıb. Görüşün və onun nəticələrinin isə Azərbaycanın qeyri-konstruktiv mövqeyini nümayiş etdirdiyini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti danışıqlarda bir şey, öz xalqına isə başqa şey danışır: “Nəticə budur – Azərbaycan öz xalqını aldatmağa davam etmək üçün status-kvonun saxlanmasında maraqlıdır. Çünki istənilən irəliləyiş Azərbaycan rəhbərliyinin yalanını ortaya çıxması ilə nəticələnə bilər. Məhz yalan Əliyevlər klanına öz sultanlığını saxlamağa, ölkənin təbii sərvətlərini qarət etməyə imkan verir. Lakin bu siyasət, gec-tez Azərbaycan xalqı yalana görə cavab tələb edəcək”


Səidə