Azərbaycan yığmasının heyəti açıqlandı

azerbaycan-yigmasinin-heyeti-aciqlandi
Oxunma sayı: 653

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yığmamızın qeyd olunan turnirdə iştirak edəcək heyəti açıqlanıb.Heyətdə ən çox futbolçu “Bakı” klubuna məxsusdur. “Zolaqlılar” yığmaya 4 futbolçu göndərib. “Neftçi”, “İnter” və “Qarabağ” hərəyə 3, “Xəzər Lənkəran” və “Qəbələ” hərəyə 2, “Turan” 1 futbolçu ilə təmsil olunub. Yeniyetmələrimizin heyətində 2 legioner yer alıb. Bunlar Rusiyanın “Anji” klubunun şərəfini qoruyan Qurbanov Qaziməhəmməd və Türkiyənin “Kartalspor” komandasında forma geyən Karabağlı Batıkandır.
Qeyd edək ki, turnir aprelin 28-dən mayın 3-dək keçiriləcək.

Həsənli Əli – Qəbələ
Qasımov Ağaseyid – İnter
Məhəmmədov Ravil – Neftçi
Qurbanov Qaziməhəmməd – Anji (Rusiya)
Nəsirov Budaq – Turan
Nəhavəndi Mansur – İnter
Hakimov Yusup – Bakı
Karabağlı Batıkan – Kartalspor (Türkiyə)
Səfərzadə İlyas – Xəzər Lənkəran
Abbasov Nicat – Qarabağ
İbazadə Ülvi – İnter
Məmmədov Təyyar – Bakı
Qaraxanov Pərviz – Neftçi
Süleymanov Ülvi – Bakı
Mustafayev Elnur – Qarabağ
Mədətov Mahir – Bakı
Aslanlı İbrahim – Qəbələ
Nəsibov Elvin – Qarabağ
Cəfərov Elnur – Xəzər Lənkəran
Muradbəyli Fəhmin – Neftçi

Ceyhun Əhmədov