Azərbaycanda 21 yaşlı gənc qonşusunu bıçaqladı

azerbaycanda-21-yasli-genc-qonsusunu-bicaqladi
Oxunma sayı: 654

Goranboy rayonunda gənc oğlan ağır cinayət törədib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, iyunun 4-nə keçən gecə 21 yaşlı Ağamalıoğlu kənd sakini Ağasəlim Salmanov 27 yaşlı qonşusu Arif Salmanovu bıçaqlayıb.

Yaralı ağır xəsarətlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Qətlin motivi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. Qətlin təfərrüatı barədə ətraflı məlumat veriləcək.