Azərbaycanda dəhşətli qəza - 6 ölü

<b>Azərbaycanda dəhşətli qəza - <font color=red>6 ölü</b></font>
Oxunma sayı: 430

“Qafqazinfo”nun məlumatına görə, hadisə Füzuli rayonunda olub. Belə ki, rayonun Əhmədbəyli kəndində Təbriz şadlıq evinin qarşısında ağır qəza nəticəsində 6 nəfər həlak olub.

Qəzanın təfərrüatları barəsində hələ ki, məlumat verilmir.

***

Hadisəni APA-ya təsdiqləyən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib ki, hadisə VAZ-2107 markalı avtomaşının “Skoda” markalı avtomobillə toqquşması nəticəsində baş verib. Hadisə zamanı 6 nəfər (5 nəfər hadisə yerində, 1 nəfər sonra) ölüb, 3 nəfər isə yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi