Azərbaycanda fəhlə baş həkim təyin olundu - Yenilənib

<b>Azərbaycanda fəhlə baş həkim təyin olundu -<font color=red> Yenilənib </b></font>
Oxunma sayı: 663

R.Tağıyev özü də “Qafqazinfo”ya açıqlamasında təyinatı təsdiqləyərək bildirib ki, bir müddət əvvəl tibb texnikomunu bitirib. Rayon ərazisində ixtisası üzrə iş tapmadığından müxtəlif vaxtlarda fəhlə kimi çalışıb. Sonra isə təsərrüfat malları mağazası açıb. Ötən ay isə Təcii Yardım Stansiyasında baş həkim vəzifəsinə təyinat alıb: “Texnikomu bitirəndən sonra ixtisasım üzrə iş tapa bilmirdim. Fəhlə işələdim, sonra sənədlərimi təcili yardıma verdim. Bir neçə gün əvvəl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Şəfiyev bu işi mənə həvalə etdi” .

R.Tağıyev tələbəlikdən baş həkimə qədər olan enişli-yoxuşlu karyerasını danışıb.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, sözügedən rayonda belə bir təyinat olmayıb. Qeyd olunub ki, rayonun təcili yardım stansiyasında hazırda baş həkim əvəzi Əlağa Quliyev çalışır. baş həkim təyin olunduğu deyilən R. Tağıyev isə ferşel vəzifəsinə təyin olunub.

“Qafqazinfo” olaraq bildiririk ki, R. Tağıyevin özünün baş həkim təyin olunması ilə bağlı açıqlamasının səs yazısı əlimizdədir. Onu təqdim edə bilərik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi