Azərbaycanda futbol hakimi maqnitofon oğurladı - Oyundankənar

azerbaycanda-futbol-hakimi-maqnitofon-ogurladi-oyundankenar
Oxunma sayı: 643

Hakim Rauf Orucov ötən gün həbs olunmuş Culfa rayon sakini Etibar Tağıyev və Ağsu rayon sakini Əmir Rəhimovdan ibarət oğru dəstəsinin üzü olub. Onlar aprelin 25-dən həbs olunan günədək 8 maşını söküb. Dəstə üzvləri Fərman Cavadova məxsus “VAZ-2106”dan maqnitofon, Qabil Əhmədova məxsus “VAZ-2107”dən səstənzimləyici və səsgücləndirici, İlkin Qasımova və Samir Nəcəfova məxsus “VAZ-2107”dən maqnitofon və səsgücləndirici, Müqabil Hüseynova məxsus “VAZ-2104”dən maqnitofon, Mübariz Rüstəmovə məxsus “VAZ-2107” markalı avtomobildən maqnitafon, monitor, Əli Qaracayevə məxsus “VAZ-2107” markalı avtomobildən isə maqnitafon oğurlayıblar.

Saxlanılan şəxslər oğurladıqları avadanlıqları Ə.Rəhimovun Lökbatan qəsəbəsində yerləşən evində gizlədiblər.
Hakimliklə yanaşı Qaradağ rayonu 228 saylı orta məktəbdə idman müəllimi işləyən R.Orucov ilkin ifadəsində törətdiyi əməli bilmədən etdiyini deyib.

Polis isə onun ifadəsini özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıdığını iddia edir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.