Azərbaycanda kriminal qrup ələ keçdi

azerbaycanda-kriminal-qrup-ele-kecdi
Oxunma sayı: 647

Rayon Polis Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, keçmiş “zek”lər müxtəlif vaxtlarda avtomobilləri cinayət yolu ilə ələ keçirir və şəxsi məqsədləri üçün istifadə edirmişlər.
Tutulan şəxslər Riad Fərzəliyev, Qalib Novruzov və Müşfiq Hacıyevdir. Onlar bir müddət əvvəl cəzaçəkmə müəssisəsində cəza çəkiblər. Azadlığa çıxdıqdan sonra dəmir barmaqlıqlar arasındakı dostluqlarını azadlıqda da davam etdiriblər. Lakin onları dostluq adı altında cinayət birləşdirib. Onlar ayrı-ayrı vaxtlarda Rafiq Eynullayev, Elçin Məmmədov və Zahid Əzizova məxsus “Mercedes” markalı avtomobilə sərnişin kimi minərək Sumqayıta gedəcəyini bildiriblər. Yolda sürücüləri döyərək cibindəkilər və maşını alaraq qaçıblar. Dostlar hətta qaçırdıqları avtomobilə öz şəxsi maşınlarının nömrəsini bağlayaraq Qazaxa da gediblər.

Saxlanılan şəxslər ifadəsində zərərçəkmişlərdən əldə etdikləri pulları maşına benzin tökdüklərinin bildirblər.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.