Azərbaycanda məhkəmə əməkdaşı bıçaqlandı

azerbaycanda-mehkeme-emekdasi-bicaqlandi-
Oxunma sayı: 654

Ötən axşam Bakının Yasamal rayonunda bıçaqlanma faktı qeydə alınıb. Hadisə Tbilisi prospektində, metronun 20 yanvar dairəsi yaxınlığında baş verib. Paytaxt sakini 32 yaşlı Dadaşzadə Aqil Ağaverdi oğlu həmin ünvanda tanımadığı şəxs tərəfindən bıçaqlandıqdan sonra ailə üzvləri tərəfindən təcili olaraq 1 saylı xəstəxanaya gətirilib və onun üzərində cərrahi əməliyyat aparılıb. İlkin müayinə zamanı onun qarın boşluğunda bir bıçaq yarası aşkar edilib.

Hadisə ilə əlaqədar rayon hüquq mühafizə orqanı əməkdaşlarına da məlumat verilib. Qeyd edək ki, yaralı Aqil Dadadşzadə həkimlərə Bakı ağır cinayətlər məhkəməsinin işçisi olduğunu bildirib. Faktla bağlı cinayət araşdırmalarına başlanılıb.

anspress