Azərbaycanda polis bölməsində ölüm

azerbaycanda-polis-bolmesinde-olum-
Oxunma sayı: 664

Məlumata görə, quldurluq etdiyinə görə, polis tərəfindən saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilən Rauf Korabinkov bölmədə dünyasını dəyişib.

Onun ölümünün dəqiq səbəbləri məlum deyil. Mərhumun meyiti ekspertizaya göndərilib. İlkin olaraq onun ölümünə səbəb kimi ürək tutması göstərilir. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyi açıqlandıqdan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.