Azərbaycanda qadın ərini öldürdü

azerbaycanda-qadin-erini-oldurdu
Oxunma sayı: 646

“Qafqazinfo”nun DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən Yevlax rayon sakini Sərxan Musayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Hadisənin, ailə-məişət münaqişəsi zəminində S.Musayevin arvadı Şəfa Əlizadə tərəfindən törədilməsi müəyyən edilib.

O, Yevlax RPŞ əməkdaşları tərəfindən tutulub.