Azərbaycanda qız ona sataşan iki oğlanı güllələdi

azerbaycanda-qiz-ona-satasan-iki-oglani-gulleledi
Oxunma sayı: 715

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, rayon mərkəzində yerləşən kafedə bir nəfəri öldürməkdə, digərini isə yaralamaqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Svyotodux Anastasiya Nikolayevna yaxalanaraq, rayon Polis Şöbəsinə gətirilib. Hazırda müstəntiq Ukrayna əsilli qızı dindirir.


Qeyd edək ki, dünən saat 22.00 radələrində Qazax rayon Mərkəzi Xəstəxanasına odlu silahla yetirilmiş xəsarətləri olan 2 gənc oğlan gətirilib. Onlardan 26 yaşlı Fariz Osmanov xəstəxanaya daxil olan kimi ölüb. Güllə yarası almış digər şəxs - 26 yaşlı Tural Nəsibov isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, hadisə kafedə baş verib. Adları qeyd olunan şəxslər kafedə yeyib-içiblər və orada işləyən A.Svyatoduxa sataşıblar. Həmin qız isə kafedən çıxıb, az sonra isə əlində tüfəng geri qayıdıb. O, hər iki şəxsi güllələyib. Hadisə ilə bağlı dindirilən şahidlər 31 yaşlı qızı kafeyə əlində tüfənglə daxil olmasını gördüklərini deyiblər.

Faktla əlaqədar Qazax rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.