Azərbaycanda söz azadlığına haker hücumu

azerbaycanda-soz-azadligina-haker-hucumu
Oxunma sayı: 693

Bu barədə “Qafqazinfo”ya qəzetin redaksiyasından məlumat daxil olub. Məlumatda bildirilir ki, "Azadlıq" qəzetinə hücumlar səbəbindən sayt bir neçə dəfə tamam dağılıb və onu yenidən qurmağa məcbur olublar: “Sonuncu dəfə sayt bu ilin əvvəlində yenidən qurulub və istifadəyə verilib. Hücumların davam edəcəyini bildiyimizdən saytı əvvəlkilərə nisbətən daha güclü və təhlükəsizliyə təminat verən bir serverdə yerləşdirmişik.

Lakin belə görünür ki, "Azadlıq"ın saytının fəaliyyətinə imkan verməməyi qarşısına məqsəd qoyanlar da bu istiqamətdə daha artıq səylə çalışırlar. Belə ki, təxminən 10 gün əvvəl böyük miqyaslı hücum nəticəsində saytın fəaliyyətində fasilə yarandı. Bir neçə gündən sonra saytın fəaliyyətini bərpa edə bildik, amma hücumlar dayanmadı. Məhz hücumların davam etməsi səbəbindən son günlər sayta daxil olmaq və onu idarə etmək ciddi şəkildə çətinləşmişdi. Bu gün saat 15 rədlərindən etibarən isə saytın fəaliyyəti yenidən tamam dayandı. Hücumun xarakteri müxtəlif İP-lərdən spam axını təşkil etməklə serveri ağırlaşdıraraq bağlantının kəsilməsinə nail olmaqdan ibarətdir.

Hazırda əməkdaşlarımız saytın fəaliyyətini bərpa etməyə çalışırlar.

"Azadlıq" qəzeti onun saytına hücumun siyasi sifarişlə və hakimiyyətə bağlı leqal, yaxud qeyri-leqal texniki qruplar tərəfindən həyata keçirildiyi fikrindədir”.

Xatırladaq ki, ötən gecədən musavat.com saytına da haker hücumları başlayıb. Nəticədə saytın fəaliyyəti bir neçə saat iflic olub.