Azərbaycanda uşaqlara ən çox hansı adlar verilir?

azerbaycanda-usaqlara-en-cox-hansi-adlar-verilir-
Oxunma sayı: 822

Ədliyyə nazirliyindən verilən məlumata görə, oğlan uşaqlarına qoyulan ən populyar adlar peyğəmbər və imam adları olub. Ən çox qoyulan ad isə Yusifdir. Bu il 146 oğlan uşağına bu ad qoyulub. Yusif adı 2011-ci ildə 4011 uşağa verilib.134 uşağa Hüseyn, 122 uşağa Əli, 88 uşağa Məhəmməd, 74 uşağa isə Ömər adı qoyulub. İlk onluqda Murad, Ayxan, fərid, Tunar və Nihat adları var.

Doğulan qız uşaqlarına verilən ən populyar ad isə Nuray olub. Bu il 142 qız uşağına bu ad qoyulub. Ötən il Nuray adı 3497 qız uşağına verilib. Ən populyar qız adları sırasında Zəhra, Fatimə, Ayan, Fidan, Leyla, Zeynəb, Xədicə, Nəzrin adlarıdır.

Sakinlər arasında isə son illər yeni doğulan uşaqlara qoyulan adlarla bağlı fikirlər təzadlıdır. Adları bəyənənlər də var, populyar adlar sırasında mənasız adların olmasından və Azərbaycan adlarının zəngin olmasına baxmayaraq uşaqların çoxuna eyni adların qoyulmasından narahat olanlar da.

Son zamanlar türk adlarının populyarlaşması da paytaxt sakinlərini narahat edir.

Mütəxəssislər də insana qoyulan adın onun gələcək taleyində böyük rolu olduğu qənaətindədirlər. Odur ki, körpələrə ad qoyarkən adın mənasına da diqqət yetirmək lazımdır.

anspress