Azərbaycanda xəbər portalını dağıtdılar

azerbaycanda-xeber-portalini-dagitdilar
Oxunma sayı: 638

Saytın redaktoru Cavid Şirəliyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, gecə saatlarından saytın fəaliyyətində problem yaranıb: “Saytda xəbərləri yerləşdirə bilmirik. Bəzən sayt açılsa da xəbəri açıb oxumaq olmur. Çalışacağıq ki, günün sonuna qədər saytın fəaliyyətini bərpa edək”.

Sayt redaktoru qeyd edib ki, xaker hücumunu kimin etdiyini bilmirlər və heç kimdən şübhələnmirlər: “Biz məmur özbaşınalığından, qanunsuzluqdan, rüşvətxorluqdan yazırıq. Sayt olaraq obyektiv xəbərlər veririk. Ola bilər ki, bu, kimlərinsə marağına uyğun gəlmir, lakin biz hazırda heç kimdən şübhələmnirik”.

Fatimə Kərimli