Azərbaycanın BMT TŞ-dakı sədrliyinə Ermənistanın - Reaksiyası

<b>Azərbaycanın BMT TŞ-dakı sədrliyinə Ermənistanın - <font color=red>Reaksiyası </b></font>
Oxunma sayı: 383

“Azərbaycanın BMT TŞ-da birtərəfli qaydada hər hansı təşəbbüs göstərərək uğur əldə edəcəyinə inanmıram”. “Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan TŞ-dakı sədrliyi dövründə sadəcə hansısa cəhdlər edə bilər: “İlk olaraq, biz o mənada realist olmalıyıq ki, ATƏT-in Qarabağ üzrə Minsk qrupunun həmsədr ölkələri BMT TŞ-nın daimi üzvləridir”.

Nazir bu kontekstdə həmsədrlərin ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda ən düzgün format olması ilə bağlı dəfələrlə verdikləri bəyanatı xatırladıb. O qeyd edib ki, həmin bəyanatlar Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən Akvil, Muskok və Dovildə ən yüksək səviyyədə edilib.
Nalbandyan vurğulayıb ki, öz növbəsində Ermənistan Azərbaycanın imtina etdiyi təkliflər əsasında danışıqları davam etdirməyə hazırdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi