Azərbaycanın hərbi attaşeləri toplandı

azerbaycanin-herbi-attaseleri-toplandi-
Oxunma sayı: 710

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən toplantıda giriş nitqini Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov edərək Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlıq fəaliyyətini geniş təhlil edib.

Toplantıda Silahlı Qüvvələrin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib, aparılan islahatlardan danışılıb. Bundan başqa Azərbaycan Respublikasının müdafiə sənayesinin potensialı və başqa məsələlər haqqında hesabat və müzakirələr edilib.

Qeyd edək ki, toplantı avqustun 5-dək davam edəcək.