Azərbaycanın populyar portalı ad gününü qeyd edir

<b>Azərbaycanın populyar portalı ad gününü qeyd edir</b>
Oxunma sayı: 257

Milli.Az İnternet portalının oxucu auditoriyasının stabil artımı həm də portal yaranandan bəri aparılan təkmilləşmə və inkişaf işlərinin məntiqi nəticəsi sayıla bilər.

Ciddi veb-resurs üçün qısa zaman sayıla biləcək iki il ərzində Milli.Az bir çox mükafat qazanıb, populyarlaşıb və Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən birinə çevrilib.

Milli.Az İnternet portalı indi Azərbaycanda ən çox oxunan, sayılan və nüfuzlu kütləvi informasiya vasitələrindən biridir.

Eyni zamanda, Milli.Az İnternet portalı son bir il ərzində unikal oxucuların (İP) sayını 20 minə, xəbər və kontentin oxunma sayını isə 250 minə çatdırdı.

Bəhs etdiyimiz uğurları sizlər, dəyərli oxucularımız, olmadan təsəvvür etmək olmaz. Bunun üçün bütün oxucularımıza təşəkkür edirik.

Fəaliyyətimiz baş verən hadisələrlə bağlı oxucularımızı obyektiv, sürətli və ən başlıcası, vaxtında məlumatlandırmaqla yanaşı, Azərbaycanın informasiya məkanı ilə yanaşı, ümumi inkişafına xidmətdir.

Milli.Az İnternet portalında təkmilləşmə davam edir. Yaxın gələcəkdə oxucularımızı yeniliklər gözləyir.

“Qafqazinfo” portalının kollektivi olaraq Milli.Az əməkdaşlarını ad gunləri münasibəti ilə təbrik edirik.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi