Azərbaycanla bağlı beynəlxalq qalmaqal

azerbaycanla-bagli-beynelxalq-qalmaqal
Oxunma sayı: 647

İstintaq BP-nin podratçı şirkətlərindən birinin layihələrində rüşvət iddiaları ilə bağlı aparılır. İngiltərədə dərc olunan The Daily Telegraph qəzetinin yaydığı bu xəbəri BP-nin Londondakı sözçüsü BBC Azərbaycancaya təsdiqləyib.

Adının çəkilməsini istəməyən BP nümayəndəsi deyib ki, istintaq BP-nin bu rüşvət iddiasında əli olduğunu və ya ondan faydalandığını iddia etmir. O, bu hadisənin "bir müddət əvvəl" baş verdiyini deyib və digər təfərrüatları açıqlamaqdan imtina edib.

Adı hələlik çəkilməyən podratçı şirkət rüşvətlə bağlı məlumatı ötən il özü SFO-a təqdim edib. Rüşvətin BP işçiləri tərəfindən verildiyinə dair heç bir iddia olmasa da, Telegraph qəzeti güman edir ki, podratçı müqəssir bilinirsə, BP də cavabdeh kimi məsuliyyətə cəlb oluna bilir.

"Əgər rüşvət halı ötən il iyulun 1-dən sonra baş veribsə, həm BP, həm də podratçı Rüşvət Aktı ilə istintaqa cəlb oluna bilər. Bu akta görə, istənilən şirkət öz işçiləri, agentləri və podratçıları tərəfindən edilən cinayətlərə görə, məsuliyyət daşıyır".

BP şirkəti Azərbaycanda böyük qaz ehtiyatlarının işlənməsini nəzərdə tutan Şah Dəniz layihəsində iştirak edir.

BP nümayəndəsi rüşvət iddialarının Şah Dəniz layihəsilə bağlı olmadığını desə də, hansı layihə haqqında olduğunu söyləməkdən imtina edib.