Azərbaycanlı hakimlə bağlı şok məlumatlar

azerbaycanli-hakimle-bagli-sok-melumatlar
Oxunma sayı: 677

Xorvatiya klubunun saytının yaydığı məlumata görə, Zaqreb təmsilçisinin dünən Sloveniyanın "Limbus" klubu ilə oyununu izləmək üçün qarşılaşmaya "Neftçi"nin də əməkdaşları da təşrif buyurub. Oyun başlamamışdan öncə matçın videolentə alınması üçün danışıqlar aparılıb.

"Biz ona təəccübləndik ki, azərbaycanlı hakim "Neftçi"nin nümayəndəsi qismində "Dinamo" ilə danışıqlar aparırdı" - deyə klubun saytında bildirilib. Ancaq aparılan söhbət nəticəsiz qalıb və qarşı tərəf oyunun videoçəkilişinə razılıq verməyib.

Qeyd edək ki, hazırda Azərbaycan hakimləri də "Dinamo"nun təlim-məşq toplanışında olduğu Sloveniyada hazırlıq prosesindədir.

«Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov Xorvatiyanın «Dinamo» klubunun rəsmi saytında dərc olunan sensasiyalı xəbərə münasibət bildirib.

«Belə bir şey qəti şəkildə mümkün deyil. Biz hər gün «Dinamo» klubu ilə qarşıdakı oyunlarla əlaqədar danışıqlar aparırıq. Ən son bu gün səhər Bakıdakı oyunla bağlı bizdən məlumat alıblar. Əgər belə bir hadisə olsaydı, onlar bizə məlumat verərdilər» - deyə T.Süleymanov bildirib.

Klub rəsmisi məsələylə bağlı AFFA Hakimlər Komitəsinin sədrinə müraciət etməyi məsləhət bilib.