Azərbaycanlı model türk aktyorla evləndi - Fotolar

azerbaycanli-model-turk-aktyorla-evlendi-fotolar
Oxunma sayı: 874

Azərbaycanın məşhur modeli Günay Musayeva türk aktyoru ilə ailə həyatı qurub. “Qafqazinfo” Türkiyənin www.focushaber.com saytına istinadən xəbər verir ki, G. Musayeva “Yaprak Dökümü” serialında Oğuz obrazını canlandıran Tolqa Karellə ailə həyatı qurub. Cütlüyün təmtəraq olmadan ailə həyatı qurduğu bildirilir. Məlumatda bildirilir ki, ötən gün cütlük İstanbulun Üsküdar rayonundakı 1 saylı notariusda olub və Tolqa Karel Günay Musayevanı "həyat yoldaşım" deyə təqdim edib. Aktyor notariusda Günay Musayevaya qeyri-müəyyən bir iş üçün vəkalətnamə verib.

Sayt yazır ki, Notariusda dövlət vergisi olaraq Kareldən 114 lirə istənilib. Lakin o cibindən 200 lirə çıxarıb və bildirib ki, 114 lirəsi yoxdur. O, bankdan pul götürdükdən sonra ödənişi edəcəyini deyib. Məmurlar isə “114 lirə əvəzinə 200 lirən var” deyincə Notariusda gülüşmə baş verib. Orada olduğu müddətdə Tolqa Karelin G. Musayevanı təqdim edərək tez-tez “benim eşim” deməsi diqqəti cəlb edib.