Azərbaycanlı nazir Cenevrədə məruzə etdi

azerbaycanli-nazir-cenevrede-meruze-etdi-
Oxunma sayı: 696

Tədbirlərdə dövlət və hökumət başçıları, nazirlər, İKT sahəsi üzrə dünyanın aparıcı şirkətlərinin rəhbərləri, 250-dən çox hökumət, sənaye, qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələri, ümumilikdə 3 mindən çox nümayəndə iştirak edir. Beynəlxalq tədbirlərdə ölkəmizi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə Azərbaycanda İKT sahəsi üzrə fəaliyyət göstərən 20-dən çox milli şirkət, həmçinin bir sıra nazirliklərin bu sahə üzrə mütəxəssisləri, ümumilikdə 65 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil edir və beynəlxalq tədbirdə Azərbaycan milli İKT pavilyonu təşkil edilib.
Dövlət və hökumət başçıları, nazirlər və komissarların iştirak etdiyi Genişzolaqlı İnkişafa dair Komissiyanın Sammiti çərçivəsində keçirilən panel sessiyasında nazir Ə.Abbasov əsas məruzəçi qismində çıxış etmiş və ölkəmizdə İKT sektorunda aparılan islahatlar, regional əhəmiyyətli layihələr, xüsusilə də TASİM layihəsi, ilk telekommunikasiya süni peyki və digər regional və qlobal əhəmiyyətli layihələr haqqında ətraflı məlumat vermiş və sualları cavablandırıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sözügedən tədbirlərin media sponsoru qismində çıxış etmişdir. Tədbirin təşkilatçıları bununla əlaqədar olaraq, Azərbaycanın mətbuat konfransını təşkil ediblər. Mətbuat konfransında təqdimatla çıxış edən nazir Ə.Abbasov, eyni zamanda, beynəlxalq mətbuatın suallarını cavablandırıb.

Tədbirin ikinci günü “İTU Telecom World 2011” beynəlxalq telekommunikasiya sərgi-konfransının açılış mərasimi keçirilmiş, tədbirdə dövlət və hökumət başçıları, nazirlər, o cümlədən ölkəmizin nümayəndə heyəti iştirak edib.
Tədbir çərçivəsində Nazir Ə.Abbasov bir sıra ikitərəfli görüşlər keçirmişdir.

Daha sonra nazir Ə.Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının “İTU Hub” adlı xüsusi pavilyonunda müsahibə verib.