Azərbaycanlılar erməni filminə çəkildilər

azerbaycanlilar-ermeni-filmine-cekildiler
Oxunma sayı: 678

“Erməni komediyası olan “Açıq qapı” filmində azərbaycanlılar da çəkilib”. “Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə "Newmag” jurnalına verdiyi müsahibəsində filmdə baş rollardan birini oynayan aktyor Ovannes Azoyan və aktyor, müğənni Arsen Qriqoryan deyib. Onların sözlərinə görə, onlar Gürcüstanda yaşayan azərbaycanlılardır: “Çəkilişlər məhz onların evində gedirdi. Onlar bizi çox dadlı çaya qonaq etdilər. Hətta təəccübləndilər ki, ermənilər onları layihəyə daxil edib”. Aktyorlar onu da qeyd edib ki, filmdə azərbaycanlılardan başqa ermənilər, ruslar, gürcülər, osetinlər, ukraynalılar və amerikalılar da olub.

Filmdə hadisələr rus-gürcü müharibəsi ərəfəsində baş verir. Çəkilişlər 40 gün davam edib. Filmin rejissoru Avaq Avaqyan bildirib ki, o, realda müxtəlif millətlərin nümayəndələri bir-biriləri ilə müharibə etmək istəmirlər: “Bu film müharibə şəraitində sülh axtarışıdır. Xalqlar istəyir və bir yerdə yaşayırlar – ruslar, gürcülər, amerikalılar, erməni və azərbaycanlılar”.

Filmin premyerası dekabrın ortalarında “Moskva” kinoteatrında nümayiş etdiriləcək.

Səidə