Azərbaycanlıların kriminal dəstəsi axtarışa verildi

azerbaycanlilarin-kriminal-destesi-axtarisa-verildi
Oxunma sayı: 657

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, axtarışa verilən şəxslər 43 yaşlı Kərimov və 40 yaşlı Hüseynovdur. Moskva hüquq mühafizə orqanlarından mənbənin verdiyi xəbərdə, iş çərçivəsində 33 yaşlı Azərbaycan vətəndaşı Paşayev və daha səkkiz nəfər saxlanıldığı bildirilib. Onların hamısı cinayətkar qruplaşmanın üzvləri olublar. Saxlanılanlar barədə cinayət işi açılıb.
İstintaqın gedişində məlum olub ki, cinayətkarlar 2007-ci ilin yanvarından 2009-cu ilin dekabrına kimi Moskva və Novqorod ərazisində mənzillərini ələ keçirmək məqsədilə 11 şəxsi qətlə yetiriblər. Bundan başqa, üç nəfərin oğurlanmasında da təqsirli bilinirlər.

Səidə