Azərbaycanlılarla ermənilər birləşdilər - 9 milyonluq fırıldaqda

<b>Azərbaycanlılarla ermənilər birləşdilər - <font color=red>9 milyonluq fırıldaqda</b></font>
Oxunma sayı: 379

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, ittihamnamədə 251 fakt göstərilir və məsələ ilə bağlı 17 nəfərin adı çəkilir. Həmin şəxslər fırıldaq şirkətlə əlbir olmaqda ittiham olunurlar.

Onların axtarışı ilə Federal Axtarış Bürosu, Məxfi Xidmət və Federal Poçtun baş inspektor bölməsi məşğul olub.

Qeyd edək ki, Filadelfiyada yerləşən “Wholesale Drug” əczaçılıq firması “təsdiq olunmamış mənbələrdən”, həmçinin qara bazardan dərman preparatları ələ keçirməklə məşğul olub. Daha sonra isə həmin preparatlar digər apteklərə də satılıb. Əldə edilən 9 milyona yaxın gəlir isə şirkətin bank hesabından ittiham olunan şəxslər tərəfindən çəkilib. Cinayətkar qrup diqqət çəkməmək üçün hesabdan 10 min dollardan az olmaqla pul çıxarıblar. Hesabdan çıxarılan pulun miqdarı az olduğundan bank bununla bağlı vergi xidmətini məlumatlandırmayıb.


Hazırda saxlanılan barəsində məhkəmə qərarının verilməsi gözlənilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi